Yuxarı

Ərdoğanla Putin danışdı: Ukrayna, Suriya, Qara dəniz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:33

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda bu yaxınlarda apardığı məsləhətləşmələrin nəticələrini müzakirə edib, Qara dəniz təşəbbüsünün, taxıl müqaviləsinin bərpası, enerji sektorunda layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Rəcəb Tayyib Ərdoğan Rusiya-Amerika dialoqunu dəstəklədiyini və Türkiyə tərəfinin Qara dəniz sazişinin irəliləyişini asanlaşdırmağa hazır olduğunu bildirib.

Putin və Ərdoğan ikitərəfli münasibətlərin müsbət dinamikasını və qarşılıqlı ticarətin artımını məmnunluqla qeyd ediblər.

“Liderlər Suriyada mövcud vəziyyəti müzakirə edərkən ölkənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini, daxili siyasi sabitliyin möhkəmləndirilməsi, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinə hörmət edilməsi üçün onun hakimiyyət orqanlarına və xalqına hər cür köməklik göstərilməsinin lazım olduğunu vurğulayıblar”, - Kremlin məlumatında deyilir.

Rusiya prezidenti Türkiyə liderinə Kiyevin Rusiyanın enerji infrastrukturuna davamlı zərbə vurmaq cəhdlərindən danışıb.

Putin telefon danışığında həmçinin Ərdoğanı və bütün türk xalqını müqəddəs Ramazan ayı və qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edib.

Tarix
2025.03.28 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alındı

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

Prezidentdən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla