
Mən oturmuşam çoban, alimlər işləyir, pullar gəlir - Şərurlu İsfəndiyar
23:14
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.
Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.
Qeyd olunur ki, "nümayəndəlik" həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.
Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.
"Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb", - deyə məlumatda bildirilir.
Tarix
2025.03.29 / 12:42
|
Müəllif
Axar.az
|