Yuxarı

İmamoğluya dəfələrlə xəbərdarlıq etmişdim... - Soylu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğluya dəfələrlə xəbərdarlıq etmişdim... - Soylu

Daxili işlər naziri olduğum müddətdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya korrupsiya və qeyri-qanuni tenderlərlə bağlı dəfələrlə xəbərdarlıq etmişdim.

Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq daxili işlər naziri, millət vəkili Süleyman Soylu deyib.

“Demək olar ki, 5-6 il ərzində İmamoğluya xəbərdarlıq etdim, müfəttişlər göndərdim. Dedim ki, bələdiyyələrə buraxılmaması lazım olan şəxsləri toplayırsınız, PKK, FETÖ-dən kadrlar yığırsınız. Bizə qulaq asmadılar. Bundan başqa, korrupsiya faktlarını, tender səhvlərini aşkar etdik”, - Soylu vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb.

Tarix
2025.03.31 / 14:39
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla