Yuxarı

Kobzon Yanukoviçdən Kliçkonun həbsini istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kobzon Yanukoviçdən Kliçkonun həbsini istədi

Rusiyada yaşayan Ukrayna əsilli tanınmış şəxslər prezident Viktor Yanukoviçə yazlı müraciət edərək, müxalifət liderləri Kliçko, Yaçenyuk və Tyaqnibokun həbsini itəyiblər.

"Axar.az"ın məlumatına görə, həmin şəxslər aşağıdakı sözlərlə Ukraynanın dövlət başcısına müraciət ediblər:

"Kliçko, Yaçenyuk və Tyaqnibok kimi maydançıların sayəsində doğma Ukraynamız alovlar içindədir - insan ölür, qardaş qırğını gedir. Təəssüf ki, sizin barışıq çağırışlarınıza məhəl qoyulmur. Onlara ölkənin gələcəyi deyil, şəxsi ambisiyaları maraqlandırır. Küçələrdə Banderanın şəkilinin asılması onların faşist niyyətlərindən xəbər verir. Cənab Prezident! Təcili şəkildə sizdən iğtişaşlara qoymağa, bu provokatorların həbsinə göstəriş verməyi xahiş edirik".

Sənədə imza atmış Rusiyada yaşayan Ukrayna kökənli tanınmış şəxs bunlardır:

Аvdeyenko T.P. – USSR-in əməkdar artisti

Аkayemov P.İ. – şair, Rusiya Yazıçılar İttifaqının üzvü

Baklanov О.D. – "Kiyevskaya Rus" ictimai birliklərinin Beynəlxalq İttifaqının sədri, Sosialist Əməyi Qəhrəmanı

Bebko V.S. – Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri

Bezlepkin L.F. – ictimai xadim

Boldiçeva V.А. – "Moya Moskva" jurnalının baş redaktoru

Bıstıriçkaya E.А. – SSRİ xalq artisti, Ukrayna İncəsənət Akademiyasının fəxri üzvü

Vvedenskiy E.А. – I dərəcəli kapitan, tarix elmləri doktoru

Volkov А.А. – pilot-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı

Qodovanyuk V.К. – Moskvadakı "Hüquqi yardım mərkəzi" vəkillər kollegiyasının sədri

Qolodenko N.İ. – Rusiyanın əməkdar artisti

Qriqoryeviç А.А. – Beynəlxalq Slavyan Şurasının baş katibi

Demarin İ. B. – USSR-in əməkdar artisti

Demyançuk V.B. – Rusiyanın əməkdar rəssamı

Dupak N.L. – Ukrayna və Rusiyanın əməkdar artisti, Böyük Vətən Müharibəsi əlili, Ukraynanın azad olunmasının iştirakçısı

Zaqoruyko V.V. – rejissor, Rusiyanın əməkdar incəsənət xadimi

Kobzon İ.D. – Ukraynanın və SSRİ-nin xalq artisti

Kosarik V.K. – ehtiyatda olan general-leytenant

Lanovoy V.S. – SSRİ xalq artisti

Lisovskiy S.A. – "Cəmiyyət və ekologiya" qəzetinin baş redaktoru

Lunev N.S. – Moskvada yerləşən "Donbaslı yerlilərin" Regional İctimai Təşkilatın prezidenti, Donetsk vilayəti və şəhərinin fəxri vətəndaşı

Lyax N.İ. – Moskvada yerləşən "Ukrayna həmyerliləri Şurası" Regional İctimai Təşkilatının sədri, Rusiya Federasiyasının I dərəcəli dövlət məsləhətçisi

Miansarova T.Q. – USSR-in əməkdar artisti, Rusiyanın xalq artisti

Mixaylov V.A. – Rusiya Federasiyası Prezidenti yanında beynəlxalq məsələlər üzrə Rəyasət Şurasının üzvü

Çelombitko N.İ. – Luqansk vilayətinin Moskvadakı ictimai təmsilçiliyinin sədri

Tarix
2014.02.21 / 12:15
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla