Türkiyə bizim ən mühüm strateji tərəfdaşlarımızdan biridir. Türkiyə təmsilçiləri ilə görüşlər zamanı Qara dənizdə təhlükəsizlik və Türkiyənin Ukraynanın gələcək infrastrukturunda, gələcək təhlükəsizlik təminatlarında mümkün iştirakı müzakirə olunub.
Axar.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform”a müsahibəsində deyib.
“Biz sülh səylərimizi dəstəkləməkdə Türkiyənin fəal roluna ümid etməyə davam edirik. Biz bu səyləri alqışlayırıq. Türkiyə Qara dəniz bölgəsində çox mühüm rol oynayır. Əsirlərin azad edilməsində Türkiyə bizə kömək etdi və bütün bunlar gündəmdə qalır. Ona görə də biz strateji tərəfdaşımız Türkiyə ilə ikitərəfli əlaqələri dərinləşdirəcəyik”, - Sibiqa qeyd edib.