Yuxarı

ABŞ-dan15 milyardlıq “Patriot” almağa hazırıq - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan15 milyardlıq “Patriot” almağa hazırıq - Zelenski

ABŞ-dan 15 milyard dollara 10 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bir sistem 1,5 milyard dollara başa gəlir, biz almağa hazırıq. Yalnız mülki olanları, insanların sıx olduğu şəhər mərkəzlərini və bəzi şəhərləri bağlamaq üçün ən azı 10 sistem lazımdır. Biz bu 15 milyardı ödəməyə hazırıq. Bu pulu tapacağıq, hamısını ödəyəcəyik”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Tramp administrasiyasından “Patriot” sistemləri və raketlərinin istehsalı üçün lisenziya istəyib.

Onun sözlərinə görə, elə ölkələr var ki, onlarda “Patriot” sistemləri mövcuddur, lakin həmin ölkələrdə hərbi əməliyyatlar aparılmır:

“Bu sistemlər Ukraynaya verilməlidir. Hətta onları icarəyə götürməyə də hazırıq. Bu və ya digər ölkədə hansısa problem olarsa, onları çox tez geri qaytarmaq lazım gələrsə, biz onları geri qaytaracağıq”.

Tarix
2025.04.14 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla