Yuxarı

Rusiya atəşkəs şərtini elan etdi - İnanılmazdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya atəşkəs şərtini elan etdi - İnanılmazdır

Ukraynada sülhün əldə olunması üçün Ukrayna qoşunlarının Rusiyanın tərkibinə daxil olan Donbas və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılması zəruridir.

Axar.az xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər Ukrayna öz qoşunlarını bu dörd regiondan (Donetsk, Luqansk, Zaporojye, Xerson – red.) çıxarsa, münaqişə başa çatacaq”, - o bildirib.

Peskov qeyd edib ki, bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit olunub:

“Hazırda bu rayonların bəzi əraziləri hələ də Kiyev rejimi tərəfindən işğal olunub. Referendumlar nəticəsində bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də de-fakto vəziyyətdir”.

Qeyd edək ki, Krım və sözügedən 4 vilayət Ukraynanın beynəlxalq hüquqla tanınan sərhədlərinə daxildir.

Tarix
2025.04.23 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla