Yuxarı

Silivri zəlzələsində HAARP iddiası: ABŞ edib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra yenidən müxtəlif iddialar ortaya atılıb. İddialara görə, Silivridəki fay xətləri elektromaqnit dalğalarla qırılıb, ABŞ-a məxsus neft şirkətləri Kumburqaz sahillərində apardıqları seysmik araşdırmalar zamanı fay xətlərini qəsdən hərəkətə gətirib.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Mərd İnan bildirib.

Yazarın sözlərinə görə, 17 avqust 1999-cu ildə Gölcükdəki zəlzələdən sonra ölkə daxilində yaşanan hər orta və böyük zəlzələ sonrası ortaya atılan HAARP zəlzələ silahı və elektromaqnit hücumu iddialarının əsas mənbəyi isə qaçaq FETÖ üzvü Aydoğan Vatandaşdır:

“İctimaiyyətdə "Fuat Avni" adı ilə tanınan Aydoğan Vatandaş, 2000-ci ildə nəşr olunan "HAARP - Qiyamət Texnologiyası" adlı kitabında 17 avqust zəlzələsinin "elektromaqnit induksiya texnikası" ilə törədildiyini iddia etmişdi.

Qaçaq FETÖ üzvü Aydoğan Vatandaş kitabında ABŞ-ın San Andreas fay xəttində gözlənilən böyük zəlzələnin qarşısını almaq üçün təzyiqi kiçik partlayışlarla boşaltmağa çalışdığını, əsas məqsədinin isə Şimali Anadolu fay xəttində təcrübə toplamaq olduğunu iddia edib. Onun sözlərinə görə, gözlənilməz hadisələr nəticəsində Gölcükdə böyük zəlzələ baş verib”.

İnan qeyd edib ki, mütəxəssislər HAARP iddialarına kəskin reaksiya veriblər:

“Professor Şərif Barış bildirib ki, Anadoluda min illərdir böyük zəlzələlər baş verir. Bəs eramızdan əvvəlki zəlzələləri kim törədib? Sosial şəbəkələrdə bəziləri “Amerikalılar fay xətlərini qırır” deyir. Bu iddiaların hamısı dəlilikdir".

Tarix
2025.04.27 / 10:09
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla