Yuxarı

Yermak bu şəkli paylaşdı: Moskvaya parada gələnlər... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəsə bəllidir ki, Putinin 8 maydan 10 maya qədər elan etdiyi üç günlük atəşkəsin əsas səbəbi 9 May paradının təhlükəsizliyini təmin etməkdir. Bu parad vasitəsilə Putin dünyaya göstərmək istəyir ki, Rusiya hələ də geosiyasi qütbdür və artıq beynəlxalq izolyasiyadan çıxıb.

Axar.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərli qeyd edib.

“Lakin burada çox vacib bir məqam var: təhlükəsizlik. Əgər xarici ölkə liderlərinin iştirak etdiyi bu tədbirdə hər hansı təxribat, diversiya və ya hərbi zərbə baş verərsə, bu, Rusiyanın imicini bərpa etmə cəhdini nəinki sıfıra endirəcək, hətta mənfi istiqamətə yönəldəcək. Belə olan halda, "9 May Paradı" adlı siyasi reklam aksiyasının keçirilməməsi, keçirilməsindən daha məqsədəuyğun olardı. Axı adi bir paraddakı təhlükəsizliyi təmin edə bilməyən ölkə nəinki geosiyasi, heç regional qütb statusuna iddia edə bilməz”, - politoloq bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi-siyasi rəhbərliyi bu tarixi məqamın və onun Rusiya üçün nə qədər həssas olduğunun fərqindədir:

“Fürsətdən istifadə edən Prezident Zelenski isə çox incə və peşəkar diplomatik mesaj verdi: "Biz Rusiya Federasiyası ərazisində baş verənlərə görə məsuliyyət daşıya bilmərik. Buna görə də sizə heç bir təhlükəsizlik zəmanəti verə bilmərik". Diplomatik baxımdan olduqca məharətlə verilmiş bir bəyanatdır. Axı, Ukrayna necə başqa bir dövlətin ərazisində keçirilən tədbirin təhlükəsizliyinə zəmanət verə bilər? Bununla belə, hər kəs yaxşı anlayır ki, Zelenski əslində hansı mesajı vermək istədi.

Prezident Ofisinin rəhbəri Yermak isə dünən aşağıdakı şəkli paylaşdı. Bu mesajlarla Ukraynanın hərbi-siyasi rəhbərliyi 9 May paradında iştirak etmək istəyən liderləri yenidən düşünməyə çağırır.

Tarix
2025.05.04 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla