
Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi
12:15
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara mayın 7-də Fransaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, onun Avropaya ilk səfəri olacaq.
Məlumata görə, Suriya lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
“Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək", - mənbə qeyd edib.
Xatırladaq ki, Makron fevralın əvvəlində Əhməd əş-Şaranı Fransaya səfərə dəvət etmişdi.
Tarix
2025.05.06 / 09:54
|
Müəllif
Axar.az
|