Yuxarı

Şaranı Ərdoğanın istəyi ilə Səudiyyəyə gətirdilər - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaranı Ərdoğanın istəyi ilə Səudiyyəyə gətirdilər - Fidan

ABŞ əsgərlərini Suriyaya gətirən şərtlər aradan qaldırılmalıdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin Antalyada başa çatan qeyri-rəsmi sammitindən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan jurnalistlərə deyib.

“Suriya ilə bağlı uzun müddətdir sərgilədiyimiz mövqe bəllidir. Prezidentimizin xüsusilə yüksək səviyyəli görüşlərdə gündəmə gətirdiyi məsələ ABŞ-ın sanksiyaları ləğv etməsi ilə bağlı idi. Prezidentimizin istəklərini nəzərə alaraq Əhməd əş-Şaranı Səudiyyə Ərəbistanına gətirdilər, prezidentimiz də onlayn rejimdə görüşdə iştirak etdi. Həm qarşılıqlı müzakirələr aparılıb, həm də sanksiyaların ləğvi məsələsi ən yüksək səviyyədə bəyan edilib.

Suriyada həll edilməli olan çoxsaylı məsələ var. Biz məsələyə belə baxırıq: ABŞ əsgərlərini (Suriyaya) gətirən şərtlərin aradan qaldırılması”, - nazir vurğulayıb.

Xatırladaq ki, dünən Ər-Riyadda Suriya Prezidenti Əhməd Şara, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman arasında görüş keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə onlayn formada qoşulub.

Tarix
2025.05.15 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla