Yuxarı

Belçika Ukraynaya 1 milyard avroluq yardım göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardım paketi ayıracaq.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, yardım paketinə təxminən 100 ədəd “Unimog” markalı zirehli təcili yardım maşını və nəqliyyat vasitəsi, müxtəlif silah və artilleriya sistemləri daxildir.

Belçikanın müdafiə naziri Teo Frankenin sözlərinə görə, bu yardımın böyük hissəsi – 645 milyon avro dəyərində olan silah və avadanlıq məhz Belçikada istehsal olunub.

Bundan əlavə, Belçika Ukraynaya beş ədəd pilotsuz dəniz gəmisi, müxtəlif tipli pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, portativ dron aşkarlama sistemləri, gecə görmə cihazları və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər, 16 mindən çox silah, habelə 20 təkmilləşdirilmiş “Cerber” zenit sistemi və “Leopard” döyüş tankı da təqdim edəcək.

Tarix
2025.05.18 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın iclası başladı

ABŞ-ın Azərbaycan və Ermənistana planı...

Prezidentlərin təkbətək görüşü keçirildi

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Mirziyayevin rəsmi qarşılanma mərasimi oldu

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...

Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...

Kreml Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, nə edəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla