Yuxarı

Tramp-Putin danışığı Qərbdə "şok effekt" yaratdı - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp-Putin danışığı Qərbdə "şok effekt" yaratdı - Səbəb

Avropada ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında baş tutan danışıqların nəticələri və hansı mövzularda razılıq əldə edildiyinə dair təsvirlər "şok effekt" yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Nəşr qeyd edib ki, Putinlə söhbətindən dərhal sonra Tramp onun məzmunu barədə Ukrayna Prezidenti Vladimir Zelenskiyə, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Avropa Komissiyasının rəhbərlərinə məlumat verib.

Almaniyanın yeni təyin olunmuş kansleri Fridrix Merz bildirib ki, söhbətdə iştirak edən bütün tərəflər Ukraynanı atəşkəsə doğru yolunda sıx şəkildə dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.

Vurğulanıb ki, Putin və Tramp arasında danışıqlar ötən həftə Rusiya hökumətinin Türkiyədə keçiriləcək danışıqlarda iştirakdan imtina etməsi fonunda baş tutub. Halbuki bu danışıqlara elə özü təşəbbüs göstərmişdi. Həmin vaxt ABŞ prezidenti bildirmişdi ki, o və Putin şəxsən görüşmədikcə, heç nə baş verməyəcək.

“Avropa paytaxtlarında liderlər Trampın Putinin maksimalist tələblərini təmin edəcək və Ukraynanın maraqlarını qurban verəcək bir razılaşma imzalaya biləcəyindən ehtiyat edirlər. Çünki Tramp döyüşlərin dayandırılmasına tələsir”, - FT vurğulayıb.

Tarix
2025.05.20 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla