Yuxarı

ABŞ Rusiyadan tələb etdi: Medinskini danışıqlara göndərmə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyadan tələb etdi: Medinskini danışıqlara göndərmə

Amerikalılar Rusiyadan tələb edirlər ki, Ukrayna ilə növbəti danışıqlara Medinski (Putinin köməkçisi - red.) və digər sərt xətt tərəfdarlarını göndərməsin.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, görüşün ikinci raundunun baş tutması üçün Tramp administrasiyası Kiyevlə əlaqə saxlayır, Rusiya isə yer seçimi ilə razı deyil:

“Avropalı rəsmilər bildirirlər ki, növbəti həftə Vatikanda danışıqların keçirilməsi imkanları müzakirə olunur, lakin Rusiya bu məkanı qəbul etmir. Rusiyada danışıqlar üçün ən uyğun yer kimi Türkiyə qəbul olunur. Bu barədə Putin Trampla telefon danışığı zamanı da bildirib. Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin və Türkiyənin danışıqlar məkanı kimi seçilməsi Rusiyanın danışıqlarda başlanğıc nöqtəsinə qayıtmaq niyyətinin siqnalı kimi qiymətləndirilir. Bundan əlavə, Putin hələ də Zelenski ilə nə Vatikanda, nə də başqa bir yerdə birbaşa danışıqlar aparmaq istəyir.

Vatikana qarşı çıxanlar arasında Rusiya Pravoslav Kilsəsi də var. Kilsə onu Ukraynada tarixi rəqib kimi görür və Vatikanın Ukrayna Pravoslav Kilsəsinin məbədlərinin bağlanmasına qarşı çıxmamasını tənqid edir. Siyasi ekspertlərin fikrincə, Rusiya Vatikanı bu münaqişədə neytral tərəf hesab etmir. Amma bütün bu maneələr aradan qalxsa belə, danışıqlar hələlik müharibəyə son qoyacaq razılaşmanın əldə olunmasından uzaqdır. Belə bir razılaşma üçün Tramp, Putin və Zelenskinin iştirakı ilə yüksək səviyyəli görüş tələb olunur”.

Tarix
2025.05.23 / 13:56
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla