Yuxarı

Trampı buna məcbur edəcəklər - Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampı buna məcbur edəcəklər - Markov

ABŞ və Avropa mediasında Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa məcbur etmək üçün kütləvi təzyiq kampaniyası aparılır. Bu kampaniyanın iki aydın məqsədi var: Putin və Trampın planlaşdırdığı Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması prosesini pozmaq və Trampı yenidən Ukraynaya silah ayırmağa başlamağa məcbur etmək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov özünün Teleqram kanalında yazıb.

“Baydenin komandası getməzdən əvvəl Ukraynaya külli miqdarda silah ayırıb. Və Tramp bütün bu müddət ərzində onları təmin edib. Ancaq yenilərini ayırmır. Baydenin silahlarının tədarükünün iyunun sonunda başa çatması gözlənilir. Və o zaman Ukrayna ordusu və onun Avropadakı dayaq bazası çətin vəziyyətdə qalacaq. Və beləliklə, Trampa qarşı təzyiq kampaniyası güclənəcək.

Üstəlik, Ukrayna Təhlükəsizlik Xidməti, Britaniya və Fransa kəşfiyyatından hansısa qanlı təxribat gözləmək ehtimalı yüksəkdir. Bu təxribatın məqsədi bəllidir – Trampı Rusiya rəhbərliyinin barbarlığı və qəddarlığı qarşısında dəhşətə gətirmək. Və o, hər şeydə Putini günahlandırsın və silah tədarükünü bərpa etsin.

Onlar artıq Trampı Putinə qarşı sərt bəyanatlar verməyə sövq ediblər. Trampı “sındıracaqlar”, - Markov bildirib.

Tarix
2025.05.26 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla