
Kiyevdə elektrik enerjisi kəsildi, minlərlə insan işıqsız qaldı
10:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
NATO-nun Baş katibi Mark Rutte Ukraynanı alyansın Haaqa sammitinə dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Rutte təşkilata üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib.
“Mən Ukraynanı sammitə dəvət etdim. Tezliklə proqramı ona təqdim edəcəyik”, - o bildirib.
Baş katibin sözlərinə görə, sammit bütünlüklə alyansın hərbi imkanlarının və xərclərinin artırılmasına həsr olunacaq.
Qeyd edək ki, Zelenski Ukraynanın Haaqa sammitinə dəvət aldığını bildirmiş və bunu “yaxşı xəbər” adlandırmışdı.
Tarix
2025.06.04 / 16:26
|
Müəllif
Zeynəb Əkbər
|