Yuxarı

“Yüksəliş”in yarımfinalçıları bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yüksəliş”in yarımfinalçıları bəlli oldu

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqənin İşçi Qrupundan Axar.az-a bildirilib ki, nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib. Onlardan 246 nəfəri kişi, 84 nəfəri isə qadındır.

Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi iyulun 4-6-da baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə final mərhələlərinin keçirilməsi ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Tarix
2025.06.08 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün mühüm nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla