Yuxarı

İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi

Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb.

Çəndəharla yanaşı, rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon mərkəzi arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur.

Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb və bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib və hazırda ərazidə bərpa işləri davam etdirilir.

Tarix
2026.05.01 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla