Yuxarı

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

19:57

Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan VAZ 2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.

Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdamda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.

Qəza zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişin Surxay Kərimov ölüb.

Xəsarət alanlar isə "Opel" sürücüsü Yunis Süleymanov, Fuad Səfərli, Elnur Səfərli, Alimə Məmmədova Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Tarix
2026.05.01 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla