Yuxarı

İrandakı vəziyyəti dərindən izləyirik - Qrossi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı vəziyyəti dərindən izləyirik - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandakı vəziyyəti diqqətlə izləyir və radiasiya səviyyəsi ilə bağlı ölkənin səlahiyyətli orqanları ilə əlaqə saxlayır.

Axar.az xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi bildirib.

“Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı vəziyyəti dərindən izləyir. Agentlik Natanzdakı nüvə obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər. MAQATE hazırkı radiasiya səviyyələri ilə bağlı İran hakimiyyəti ilə və ölkədəki müfəttişləri ilə əlaqə saxlayır”, - o qeyd edib.

Qeyd edək ki, İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması əlaməti yoxdur.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüb.

Tarix
2025.06.13 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla