Yuxarı

Vuçiçdən sərt qərar: Silah ixracı tamamilə dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vuçiçdən sərt qərar: Silah ixracı tamamilə dayandırıldı

Serbiyadan silah-sursat ixracı tamamilə dayandırılıb.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının geniş iclasında bildirib.

O qeyd edib ki, hazırda istehsal olunan silah-sursat kazarmalara və ehtiyat anbarlara yığılır. Prezident yeni doktrinaya görə, Serbiya ordusunun müqayisə edilməyəcək dərəcədə güclü olacağını bildirib:

“Rəqəmsal hərbi platformanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu proqramın həyata keçirilməsi 4-5 il çəkəcək. Ordunun modernləşdirilməsi baxımından ötən 10 ildə, xüsusən də son bir ildə çox iş görülüb. Bizim tezliklə güclü pilotsuz uçuş aparatlarımız olacaq”.

Aleksandr Vuçiç sentyabrın 19-da və ya 20-də Serbiya ordusunun paradının təşkil ediləcəyini deyib. Bildirib ki, parada azı 10 min əsgər qatılacaq və bu, ölkə tarixində ən böyük parad olacaq.

Tarix
2025.06.23 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla