Yuxarı

İran-İsrail qarşıdurması vəziyyəti pisləşdirdi - Belousov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran-İsrail qarşıdurması vəziyyəti pisləşdirdi - Belousov

İran-İsrail qarşıdurması regiondakı vəziyyəti kəskin şəkildə gərginləşdirib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, ilk növbədə İran və İsrail arasında qarşıdurma, eləcə də İsrail və ABŞ-ın İranın hərbi obyektləri və infrastrukturuna endirdiyi zərbələrlə bağlıdır. Bu cür hücumlar BMT Nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - deyə Belousov qeyd edib.

O vurğulayıb ki, Rusiya dərhal və bütün səviyyələrdə İranda çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. İsrail və ABŞ-ın hərəkətləri qəti şəkildə pislənilib. Münaqişənin de-eskalasiyası üçün vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.

Belousovun sözlərinə görə, bu sıraya Suriyadakı hadisələr, Qəzza zolağındakı humanitar fəlakət və Livandakı vəziyyət də daxildir.

Nazir həmçinin qeyd edib ki, Yaxın Şərqdən terror ideologiyalarının yayılması və silahlıların Əfqanıstana tranziti davam edir:

“Ölkədə davam edən qeyri-sabitlik ŞƏT məkanında transmilli cinayətkarlığın və terror təhlükəsinin əsas mənbəyi olaraq qalır”.

Tarix
2025.06.26 / 11:55
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla