"Müsbət Dəyişikliklər"
gənclər hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev Axar.az-ın
suallarını cavablandırıb.
- Bəxtiyar bəy, müsbət dəyişikliklər varmı?
- Müsbət dəyişikliklər təbii ki, var. Biz hər zaman ölkəmizdə
gördüyümüz müsbət dəyişiklikləri təqdir edir, daha çox müsbət
dəyişikliyin olmasını istəyir, gözləyir, tələb edirik. Amma bəzən
elə mənfi dəyişikliklər də olurki, görülən müsbət işlərə kölgə
salır. Bəzən bu mənfi dəyişikliklərin kimə və nəyə lazımo lmasını
anlamaqda çətinlik çəkirik. Amma hər bir halda, optimist olmağa,
yalnız və yalnız müsbətə doğru dəyişikliklərin olacağına ümid
edirik.
- Bəs bu yayda "Müsbət Dəyişikliklər"in işi nədən ibarət
oldu?
- "Müsbət dəyişiklik" gənclər hərəkatının üzvlərinin əksəriyyəti
gənc tələbələrdir. Onlar yay ərzində tətildə oldular, müxtəlif
beynəlxalq tədbirlərdə iştirak etdilər. Eyni zamanda, hərəkatımız
Polşa Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı
Proqramı ölkələrinin gənc siyasi liderləri üçün təşkil edilmiş
beynəlxalq yay məktəbinin təşkilatçılarından biri oldu. Bu yay
məktəbində Avropanın və Şərq Tərəfdaşlığı ölkələrinin tanınmış
simaları, eyni zamanda Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovadan
gənc siyasi liderlər iştirak etdilər. Tədbirin ikinci hissəsi
sentyabr ayında Polşada keçiriləcək. Orada da daha nüfuzlu
şəxslərin iştirakı gözlənilir.
Bundan başqa, həm hərəkat üzvləri, həm də hərəkatımızın "Öyrən,
liderlik et, xidmət et" proqramının iştirakçıları arasından bir çox
gənc növbəti tədris ilində öz təhsillərini müxtəlif nüfuzlu təqaüd
proqramları ilə (Chevening, Erasmus Mundus, Xaricdə Təhsil Dövlət
Proqramı və s.) Çin, Almaniya, Britaniya, İspaniya, Avstriya və
digər ölkələrdə davam etdirəcəklər. Bir tərəfdən aktiv üzvlərimizin
müvəqqəti olaraq ölkə kənarında olacağına məyus olsaq da, onların
alacaqları daha keyfiyyətli təhsilə görə çox sevinirik. Eyni
zamanda əminik ki, həmin ölkələrdə yaşadıqları müddətdə həm
ölkəmizi yaxşı təmsil edəcəklər, həm də orada gördükləri müsbət
tərəfləri Azərbaycana qayıtdıqda tətbiq edərək, müsbət
dəyişikliklərə imza atmağa çalışacaqlar.
- Feysbukda layklarınız çoxdur, bunu elektoratınız
sayaq, yoxsa virtual təsəlli?
- Bunu mesajlarımızı çatdırmaq üçün auditoriya saymaq ən doğrusu
olardı. Bir dəfə Feysbuk sosial şəbəkəsində bir status yazıb,
sayğacı olan bir səhifəyə keçid qoymuşdum. Təxminən 15 dəqiqə
ərzində 1000-dən çox istifadəçi həmin səhifəni açmışdı.
Xəbər saytlarımızla müqayisədə bu, böyük göstərici idi. İnsanlar
bəzən sadəcə xəbər verən saytlardan məlumat almaq əvəzinə, üzərində
şəxsi fikirlərin də yazıldığı, fərqli mövqe qoyulduğu xəbərləri
oxumağa üstünlük verirlər. Eyni zamanda, Feysbukdakı postlara görə
müxtəlif sektorlarda çalışan insanlar tərəfindən tanınmaq da olur.
Elə gün olmur ki, hansısa dövlət qurumunda, özəl bir müəssisədə,
hətta təyyarədə sərnişin və hosteslərlə də hansısa Feysbuk postunun
müzakirəsi olmasın. Məsələn, harasa gedəndə mütləq kimsə tapılır
ki, "sizin o məsələ ilə bağlı mövqeyiniz çox xoşuma gəldi" və ya
"həmin məsələdə mən bir az fərqli düşünürəm" deyərək söhbət açılır.
Yəni, insanlar yazılanları "layk" etməsələr də, yazılı münasibət
bildirməsələr də, oxuyur, xatırlayırlar.
- "Sem dayı"nın uşaqları, 5-ci kolonun üzvləri,
masonlar... Bu söhbətlər düzdür?
- "Sem dayı"nın uşaqlarının Azərbaycanda olması doğru deyil.
Amma 5-ci kolon üzvləri də, onların fəaliyyəti də ortadadır. Bəzən
5-ci kolon üzvləri açıq şəkildə ölkə maraqlarına zidd addımlar
atmaqdan belə çəkinmirlər. Onların çox güclü şəbəkəsi onlara mane
olmağa da imkan vermir. Masonlara gəldikdə, bəli, masonlar
mövcuddur. Heç kim onların mövcudluğunu inkar edə bilməz. ABŞ başda
olmaqla, bir çox ölkədə, hətta qardaş Türkiyədə də mason lojaları
açıq fəaliyyət göstərir. ABŞ-da olanda bir çox mason lojalarında
olmuşam. Orada ABŞ-ın qurucu atalarının, bir çox ABŞ prezidentinin
hansı loja üzvü olduqları da açıq göstərilmişdi. Lakin Azərbaycanda
masonların dünyanı idarə etməsi ilə bağlı çoxlu miflər var. Bəzən
Yasamalda işıq və suyun kəsilməsini də masonların təxribatı kimi
qələmə verməyə çalışan və buna inanan sadəlövhlər olurlar.
- İŞİD-in də Amerikanın layihəsi olduğu
söyləndi…
- ABŞ-ı dünyada gözdən salan və ABŞ-ın öz layihələri olan çox
şey var. Bunu zamanla özləri də etiraf edirlər. Bəzən Amerikaya
müəyyən məqsədlər üçün xarici düşmən obrazı lazım olur.Onu bəzən
İraqda, bəzən Suriyada yaradırlar, daha sonra isə onunla mübarizə
aparırlar. Bu isə təkcə ABŞ-ın nüfuzuna yox, həmdə ABŞ-ın təmsil
etdiyi demokratik dəyərlərə böyük zərbədir. Dünyadakı sıravi
vətəndaşlar biləndəki, ABŞ bəzən öz maraqlarına görə demokratik
dəyərləri tapdalayıb keçir, o zaman demokratiya fəallarının da işi
çətinləşir.
İnsanlar ABŞ-ı nümunə göstərərək demokratik dəyərlərə sahib
olmağa çəkinirlər. Amma mən hər zaman bu məsələdə "mollanın
dediyini edin, etdiyini etməyin" yanaşmasına üstünlük verirəm.Yəni,
ABŞ-da hansısa ştatda bir qanun pozuntusu, ədalətsizlik olursa,
məhz buna görə demokratik sistemdən, dəyərlərdən imtinanın
tərəfdarı deyiləm.
- Yeri gəlməsə də soruşum: sizin hərbi xidmət məsələniz
nə yerdə qaldı?
- Bilirsiniz ki, mən 2011-ci ildə 2 il müddətinə azadlıqdan
məhrum edilmişdim. Məhkumluqla bağlı 2016-cı ilə qədər möhlətim
var. Ondan əvvəl səfərbərlik olsa, yaxud 2016-cı ildə dövlətimiz
necə məsləhət bilsə, elə də addım atacağam. Əsas odur ki, ordu və
hərbi xidmət siyasi hakimiyyət tərəfindən gənc fəallara,
demokratiya aktivistlərinə, hüquq müdafiəçilərinə qarşı cəza,
təzyiq aparatı kimi istifadə edilməsin.
- Bir müddət öncə cəbhədə fəallaşma, erməni təxribatları
oldu, şəhidlər verdik. İzləyirdinizmi prosesləri,
nəbaşverirdi?
- Allah bütün şəhidlərimizə rəhmət etsin. Ermənistan heç vaxt
icazəsiz, özbaşına, böyük qardaşları Rusiyanın göstərişi olmadan
atəşkəsi bu miqyasda poza bilməzdi. Rusiyaya Ukraynada baş verən
hadisələrdən sonra bir sülhpərvər, mələk obrazı lazım idi.Onu da
Soçi görüşü ərəfəsində Ermənistan-Azərbaycan arasında qarşıdurmanı
alovlandıraraq, sonra isə "sülh" yaradaraq əldə etməyə
çalışdılar.
- Bu görüş münaqişənin həllinin Qərbdən çox, Rusiyadan
asılı olduğunun növbəti təsdiqi idimi?
- Soçi görüşündən əvvəl baş verən gərginliyi, Rusiya
rəsmilərinin bəyanatlarını izlədikdə aydın görünür ki, Rusiya
münaqişəni alovlandırıb. Sonra danışıqlaraevsahibliyi etməklə həm
sülhpərvər obrazınıyaratmağa, həmdə Qərbə bu regionda öz
hegemonluğunu nümayiş etdirməyə çalışırdı. Bundan əlavə, tərəflərə,
xüsusi ilə də Azərbaycana Qarabağ münaqişəsi vasitəsi ilə hər zaman
təzyiq edə biləcəyi siqnalını verirdi.
Düşünürəmki, Qərb Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ
almalı, Rusiyaya hər addımında dəstək verən, Rusiyanın forpostuna
çevrilmiş Ermənistana ciddi təzyiqlər göstərməli, Azərbaycanın
ərazi bütövlüyünü təmin etməsi üçün sadə bəyanatlardan əməli işə
keçməlidir.
Təbiiki, bu da asan deyil. Həm ona görəki, Qərb bu məsələdə bir
az aktivləşən kimi Rusiya cəbhədə gərginlik yaradır.