Yuxarı

“Ani Fantaziya” festivalı keçirildi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ani Fantaziya” festivalı keçirildi - Foto

Ötən gün Sumqayıt şəhərində Əli Eminlinin fərdi layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, Sumqayıt Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclər Evinin təşkilati dəstəyi ilə "Ani Fantaziya" Rəsm Festivalı keçirilib. Festival müsabiqə xarakterli olub.

Axar.az xəbər verir ki, layihənin əsas fərqli cəhəti mövzunun festival gününə qədər açıqlanmamasıdır, yəni gənclərin çəkəcəyi rəsmlərin mövzusu həmin an, daha dəqiq desək, açılış mərasimindən sonra açıqlanıb.

Müsabiqədə hazırda bütün dünyada və ölkəmizdə aktual olan - "Multikulturalizm, Sülh və Tolerantlıq" mövzusu seçilib. Bu mövzunun seçilməsinin səbəbi isə bu il ölkəmizdə "Multikulturalizm ili" olmasıdır.

Layihədə istifadə olunan rəsm ləvazimatları iştirakçıların özlərinə hədiyyə olunub.

"Ani Fantaziya" Rəsm Festivalının əsas məqsədi istedadlı gənclərin öz bacarıqlarını, fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, həmin gənclərin özləri kimi istedadlı gənclərlə əlaqə qurması və yeni dostluqlar qazanması, onların əl işlərinin sərgilənməsi və gənclər arasında incəsənətin təbliğidir.

Qeyd edək ki, iştirakçıların əl işlərini tanıtması üçün 20 noyabr 2016-cı ildə, saat 10:00-da Sumqayıt Gənclər Evində sərgi keçiriləcək. Sərgidən əlavə isə sosial şəbəkələrdə əldə edilmiş müəyyən auditoriyaya həmin rəsmlər tanıdılacaq.

Tarix
2016.11.15 / 00:55
Müəllif
Axar.Az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla