Yuxarı

“Tağı Tağıyev. Rəngkarlıq və qrafika” sərgisi açıldı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tağı Tağıyev. Rəngkarlıq və qrafika” sərgisi açıldı

Dekabrın 20-də Xalq Bankın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Kult.az xəbər verir ki, layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib.

Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edib.

Gecənin aparıcısı, əməkdar artist Dilarə Səlim "Xalq Bank"ın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açıb. Dilarə Səlim “Xalq Əmanəti” layihəsinin xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq iş olduğunu vurğulayıb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, dünən 92 yaşını qeyd edən xalq rəssamı Ömər Eldarova albom üzərində çalışan insanlara minnətdarlığını bildirib və gördüklərindən böyük zövq aldığını dilə gətirib. Onun sözlərinə görə, Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir:

"Sərgilənən rəsmlər onun yaradıcılıq dühasının bir damlasıdır, buna baxmayaraq burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir. Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyrinə işləyir. Mən bugünkü tədbirlə bağlı hamını təbrik edirəm”.

Tarix
2019.12.21 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla