Yuxarı

Elm təsdiqlədi: Qanlı göz yaşı olur – Araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elm təsdiqlədi: Qanlı göz yaşı olur – Araşdırma

Qan ağlamaq ifadəsinə adətən şeirlərdə və hüznlü hekayələrdə, hərəkət formasında isə qorxu filmlərində rastlaşmışıq.

Axar.az xəbər verir ki, bu ifadə böyük bir üzüntü içində olmaq mənası daşısa da, gözlərdən qan axması hallarına təsadüf olunur. Qanlı göz yaşı hemolakriyanın əsas əlamətidir. Bu çox nadir rastlanılan haldır.

Ən son 2015-ci ildə çox güclü baş ağrısından əziyyət çəkən bir kişinin qanlı göz yaşı tökdüyü müşahidə edilib. Lakin burada önəmli bir detal da var. Xəstənin eyni zamanda ağzından və burnundan da qan gəlib ki, bu hadisə həkimlərin təəccübünə səbəb olub.

Alimlər öz-özünə əmələ gələn və insanların qanlı göz yaşı tökməsinə səbəb olan hemolakriyanın səbəbini tamamilə aydınlaşdırmaq üçün araşdırmaları davam etdirsələr də, hələli araşdırmalar sadəcə bir neçə ipucu verib.

1991-ci ildə aparılan bir elmi araşdırmada hemolakriyanın qadınların uşaq dünyaya gətirməsi ilə bağlı olduğu irəli sürülüb.

Araşdırmada 125 sağlam fərd arasında kişilərin 8 faizinin, hamilə qadınların isə 7 faizinin göz yaşlarında qan aşkarlanıb. Menopauza sonrası isə qadınların heç birinin göz yaşında qan təsbit edilməyib.

Bu vəziyyətə infeksiya, yaxud hər hansısa zədələnmənin də səbəb ola biləcəyi ehtimal edilir. "Bakteriya konyunktivitləri" adlandırılan xoşxasiyyətli göz infeksiyası da qanlı göz yaşına səbəb olur. Lakin müalicədən sonra aradan qaldırılır.

Tarix
2016.10.08 / 01:00
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla