Yuxarı

İcbari dispanserizasiya mayda bitəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin sağlamlığının qorunmasına yönələn icbari dispanserizasiya prosesi may ayının əvvəllərində yekunlaşacaq.

Bu barədə "Axar.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, hazırda dispanserizasiyanın nəticələri araşdırılır və yaxın günlərdə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun qəbulu ilə 6 məktəb yaşlı uşaqlar da bu ildən bu prosesə qoşulub. Fevralın 17-dən isə 18 yaşdan yuxarı əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu günə qədər rayonda 160 minə yaxın vətəndaş və 123-dən çox kollektiv tibbi müayinədən keçib. Vətəndaşların 10 min 520 nəfəri rentgen, 39 min 983 nəfəri laboratoriya müayinəsindən, 6 min 475 nəfəri USM aparatından və 4 min 414 nəfəri EKQ müayinəsindən keçib. 3 min 801 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb, onlardan 391 nəfər stasionar müalicəyə qəbul olunub.

Təkcə 24 sayli Birləşmiş Şəhər Xəstəxanasına müraciət edən vətəndaşlardan 74 nəfərində xəstəliyin ağır forması aşkarlandığından stasionar müalicəyə cəlb olunublar.

Tarix
2014.04.25 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla