Yuxarı

Həkimdən Zeynalovaya qeyri-adi diaqnoz: 3 böyrək...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimdən Zeynalovaya qeyri-adi diaqnoz: 3 böyrək...

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova gözlənilməz vəziyyətlə qarşılaşıb.

Hüquq müdafiəçisi Big.az-a açıqlamasında Ultrasəs müayinədən (USM) keçən zaman həkimin ona qoyduğu “3 böyrəyin var” diaqnozundan şoka düşüb:

“Düzü, həmin həkim çox peşəkardır, yanıldığını düşünmürəm. Amma maraqlıdır ki, indiyədək ən azı, 10 dəfə USM-dən keçmişəm, belə bir problemlə rastlaşmamışam. Artıq bununla bağlı bir neçə həkimlə məsləhətləşmişəm, deyiblər ki, böyrəyimdə şiş ola bilər. Dopler müayinədən keçməyi düşünürəm. Görək, necə olur”.

Qeyd edək ki, tibbdə - 3, hətta 4 böyrəyi olan insanlara rast gəlinir. Bu, inkişaf anomaliyasıdır. Çox az hallarda qeydə alınan ikiləşmə anomaliyası müşahidə olunan insanların böyrəkləri normal insanlara nisbətən daha həssas olur.

Belə insanlar mütəmadi uroloq nəzarəti altında olmalıdır ki, bununla səhhətlərində baş verə biləcək nasazlıqlara vaxtında konservativ müalicə və yaxud əməliyyat yolu ilə müdaxilə etmək mümkün olsun.

Tarix
2017.05.09 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla