Yuxarı

Siqaretin inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başda özüm olmaqla ətrafımızda siqaret çəkən tanışlarımıza, dostlarımıza daim onun zərərləri haqqında danışırıq: Ciyərlərini məhv eləmə; qazandığının yarısını siqaretə xərcləyirsən; həm canın gedir, həm malın; yanında qoxudan durmaq olmur və s. və i.a. Bu kimi sözləri çox yaxşı bilirəm. Çünki tez-tez işlədirəm.

Amma bu dəfə qərar verdim ki, məsələyə optimist yanaşım. Və sizin üçün siqaretin faydalarını araşdırdım. Bəli, düz oxudunuz.

Axar.az xəbər verir ki, "Qaynarinfo”nun bu dəfəki mövzusu siqaretin faydaları haqdadır.

Siqaret ilk dəfə Amerika hinduları tərəfindən kəşf olunub. Amerikanın yerli qəbilələri tütünü "Sülh çubuğu” adlandırdıqları qamışa doldurub çəkirmiş. Hər şey böyük coğrafi kəşflər dövründə avropalı səyyahların Şimali Amerikaya gedib yerli qəbilələrlə "Sülh çubuğu"nu istifadə etməsindən başlayıb.

1492-ci ildən əvvəl Amerika qitəsində yerli əhali tütünü müalicə və dini ayinlərin keçirilməsi üçün istifadə ediblər. Xristofor Kolumb 1492-ci ildə Amerikanı kəşf edir və Avropaya geri dönəndə özü ilə bu qitədə heç tanınmayan tütün toxumlarını və yarpaqlarını gətirir.

Belə bir deyim var: ”Ağ dərililər Amerikadakı yerlilərin hamısını məhv etdi, buna görə də onlar ağ dərililərdən hələ də intiqam alır”.

Kolumbun ekspedisiyasında iştirak edənlərdən biri olan Rodriqo De Jeres bəlkə də tütün çəkən ilk ağ dərili olub. Bu onda asılılıq yaradıb və ruhunun şeytan tərəfindən ələ keçirildiyi iddia edilərək həbs edilib. 1493-cü ildə ilk dəfə İspaniyanın Barselona şəhərinə çatan tütün çox böyük sürətlə Avropada yayılmağa başlayır və milyonlarla insanı öz təsirinə salır. Bundan xeyli narahat olan bəzi ölkələr, xüsusilə də XVI, XVII əsrlərdə tütünə qarşı mübarizə aparıb. Hətta İspaniyadakı dini məhkəmələr tütün istifadəçilərini yandırıb. Osmanlı imperatoru IV Murad verdiyi "kim tütündən istifadə etsə, boynu vurulacaq” əmri ilə 1000-ə yaxın insanı edam edib.

Tütün II dünya müharibəsi zamanı daha da məhşurlaşdı və siqaret istehsalçıları böyük qazanclar əldə etdilər. Hətta II Dünya müharibəsinin məhşur bir şüarı var idi: "We need tobacco as much as bullet”, yəni "Gülləyə ehtiyacımız olduğu qədər tütünə də ehtiyacımız var”.

Bütün bunlara baxmayaraq, bütün sürətlə yayılır. Avropada siqareti əsasən ziyalı təbəqə olan "aristokratlar” çəkirdi. Jean Nikot Fransada siqareti məhşurlaşdıran insan idi və "nikotin” sözü də onun adı ilə bağlıdır. O dövr üçün siqaret çəkmək ziyalı təbəqədən olduğunu göstərməyin ən yaxşı üsulu idi. Yəqin ki, elə tütünün yayılmasının əsas səbəbi özünü ziyalı təbəqədən göstərmək istəyənlərin sayının artıq olması olub.

Və nəticə olaraq bu gün əlimizdə olan statistikalar heç bir qadağanın və cəza metodunun tütünə qalib gələ bilmədiyinin göstəricisidir.

Zərərlərinə yaxşı bələd olduğunuz siqaretin faydaları:

1. Avstraliyanın Adelaide Universitetinin alimləri yaxın zamanda müəyyən ediblər ki, siqaret çəkənlərin oynaqları, xüsusilə dizləri daha az zərər görür. Səbəbi açıqlanmasa da, bildirilib ki, nikotin hansısa yolla osteoporozdan (sümük sisteminin deformasiyası ilə müşahidə edilən xəstəlik) qoruyur, qığırdaq və vətərlərin dağılmasının qarşısını almağa kömək edir.

2. Aparılan bir neçə elmi iş sübut edir ki, siqaret çəkənlər parkinson xəstəliyindən daha az əziyyət çəkirlər. Deyilənə görə, tütün tüstüsü hər hansı müdafiə təbəqəsi yaradır. Anoloji nəticəyə Harvadrın elmi işçiləridə gəliblər. Ancaq onlar fərqli bir xüsusiyyəti də tapa biliblər - insanı siqareti atan kimi onun qoruyucu təsiri tamamilə itir.

3. Siqareti atdın - kökəldin, çəkdin - arıqladın. Bu nəzəriyyə aydındır. Ancaq 2009-cu ildə alimlər bu məsələnin kökünə gedib çıxıblar. Piy insan orqanizmində xüsusi zülal ayırır. Onu AZGP1 geni kimi kodlaşdırırlar. Məhz Nyu-Yorkun Kornel Universitetinin alimləridə bu gen üzərində işləyiblər. Onlar müəyyən ediblər ki, siqaret çəkənlərdə bu xeyli fəaldır. Yəni yağı yandıran zülalın yüksək səviyyədə yaranmasını təmin edir. Bu nəticələri siqaret çəkən və çəkməyənlərdən götürülən nümunələrin tədqiqi sayəsində əldə etmək mümkün olub. Düzdür, burada da tütünün tərkibindəki hansı maddənin genin yaranmasını sürətləndirdiyi hələ də sirr olaraq qalır.

Buna baxmayaraq, mütəxəssislər arıqlamaq üçün olsa belə, "tüstüləməyi" məsləhət görmürlər. Çünki kökəlmək sağlamlığı başqa təhlükələrlə üz-üzə qoymaqdan daha yaxşıdır.

4. Mütəxəssislər əmin edirlər ki, siqaret çəkənlərin arteriya damarlarını genişləndirmək çəkməyənlərə nisbətən daha asandır. Bu cür əməliyyatlar infarkt riskini azaldır. Alimlərin fikrincə, siqaret çəkənlər çəkməyənlərlə müqayisədə damarlarla bağlı problemlərlə tez rastlaşırlar. Onların damarları daha elastik olur.

5. Koreyalı alimlərin sözlərinə görə, qan damar sistemi xəstəlikləri və arterial damarda troblaşmanın profilaktikası üçün nəzərdə tutulan "Klopidogrel" adlı preparatlar siqaret çəkən insanlara daha yaxşı təsir edir. Effekt gündə 10 siqaret çəkənlərdə hiss edilir.

6. İlan, əqrəb kimi zəhərli heyvanların siqaret istifadəçiləri üçün heç bir təhlükəsi yoxdu, çünki onların bədənindəki zəhər ilanın zəhərindən daha güclü və daha təsirlidir.

Bu məsələnin tibbi tərəfləri idi. Ancaq hörmətli tütün istifadəçiləri, təbii ki, əldə etdikləriniz bununla bitmir:

7. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğrular siqaret istifadəçilərinin evlərinə girməyə cəsarət etmirlər. Çünki bu cür insanlar səhərə qədər öskürdükləri üçün, gecənin yarıdan çoxunu oyaq keçirirlər. Bu da, məlum məsələdir ki, oğrulara sərf etmir.

8. Bu insanların üzərlərinə milçək, ağcaqanad kimi həşəratlar qonmazlar. Çünki kəskin şəkildə nikotin iyi verərlər.

9. Siqaret istifadəçilərinin üzü, digər insanların üzündən daha rəngarəng olar. Çünki siqaretin təsirindən bığları və dişləri sapsarı saralır.

10. Bu cür insanlar qocalmazlar. Çünki elə gənc yaşlarından haqq dərgahına qovuşarlar.

P.S: Səhiyyə nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur.

Tarix
2017.11.06 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

Bayramovdan sülhlə bağlı açıqlama: Razılaşma yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla