Yuxarı

AzTV-nin əməkdaşı: Xəstələrə pul mənbəyi kimi baxırlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV-nin əməkdaşı: Xəstələrə pul mənbəyi kimi baxırlar

"Hər kəs mənim yolu keçərkən qəzaya düşdüyümü zənn edir. Halbuki yolun kənarı ilə gedərkən qəzaya düşmüşəm".

Bnu modern.az-a açıqlamasında bir müddət öncə ağır qəzaya düçar olmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova deyib.

Hadisə bu il iyunun 19-da Səbayel rayonu ərazisində baş verib. Jurnalist yaşadığı mənzilin yaxınlığında taxta yüklənmiş "VAZ-06" markalı avtomobili ilə vurulub. Ağır bədən xəsarətləri almış Ağanisə Sultanova bir müddət Respublika Kliniki Xəstəxanasında müalicə olunub, indi evindədir.

Telejurnalist mətbuatda haqqında yazılan məlumatlardan narazılıq edib: "Ən yaralı yerim odur ki, haqqımda yanlış informasiyalar yazılıb. Guya Səhiyyə Nazirliyi mənə kömək edib. Sizə deyim ki, qətiyyən heç bir köməklik olmayıb. Mənim ailəmin heç bir maddi köməyə ehtiyacı yoxdur. Ailəm və mən elə insan deyilik ki, kimdənsə maddi imkansızlığa görə nəsə istəyək. Səhiyyə Nazirliyi nəinki maddı yardım, heç mənəvi dəstəyini belə, göstərmədi. Ümumiyyətlə, nazirlik mənim ağır vəziyyətimlə maraqlanmayıb. Vəziyyətim bir az yaxşılaşandan sonra mətbuatda haqqımda yazılanların hansı məqsədə xidmət etdiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin nömrəsini tapıb, onunla əlaqə saxladım. Vəziyyətim pis də olsa, Anar Qədirliyə "bu informasiyanı yaymaqda sizin məqsədiniz nədir? Belə yanlış məlumatların getməsi nə dərəcədə doğrudur? Axı mənimlə nazirlikdən heç kim maraqlammayıb" dedim. Amma, o, mənə tutarlı cavab vermədi".

A.Sultanovanın sözlərinə görə, qəza keçirəndən sonra Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Çünki kəllə-beyin travması almışdım. İnanın, xəstəxanada gördüklərimdən dəhşətə gəldim. Cənab prezidenti səhiyyə sahəsinə bu dərəcədə diqqət və qayğı göstərdiyi vaxtda Respublika Kliniki Xəstəxanasında reanimasiya şöbəsində çox acınacaqlı hallar baş verir. Xəstələrlə kobud rəftar sözlə ifadə ediləsi deyil. Hətta, xəstələrə "potensial pul mənbəyi" kimi baxırlar. Məni evə buraxandan sonra halım yenə çox pis oldu. Məni ikinci dəfə "Semaşko"ya (Kliniki Tibbi Mərkəz-red.) apardılar. Onu da deyim ki, "Semaşko"dakı tibbi personaldan çox razı qaldım. Çətin günümdə həmkarlarım da məni tək buraxmadılar. Yenə deyirəm: Səhiyyə Nazirliyi mənə heç bir formada köməklik göstərməyib. AzTV-nin sədr müavini İbrahim Məmmədov mənə çox köməklik etdi. Allah bütün həmkarlarımdan razı olsun".

Qeyd edək ki, mətbuatda Səhiyyə Nazirliyinin xəstəyə göstərdiyi köməklik haqqında geniş informasiyalar yer almışdı.

Tarix
2014.07.02 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla