Əlləri bir yerə dayadıqda – oynaqlar xırçıldayır, oturacaqdan qalxdıqda – oynaqlar xırçıldayır. Bu xırçıltı nə deməkdir və ondan qurtulmaq olarmı?
Uşaqların oynaqlarında geniş yayılmış ağrının səbəbi artritdir – bir və ya bir neçə oynağın, yaxud, ona daxil olan vətər və bağların iltihabıdır.
İltihabın simptomları: ağrı, oynaqda şişkinlik, hərəkət məhdudluğu, qızartı, oynaqda istilik. 100-dən artıq patoloji vəziyyət artritin yaranmasına səbəb ola bilər, bura infeksiya (streptokokk, stafilokokk, qripp virusu və s.) və qanın tərkibinin dəyişməsi daxildir. Əgər uşaqda səhər saatlarında oynaq buxovlanması, hərəkət məhdudluğu müşahidə edilərsə, təcili olaraq həkimə müraciət etmək lazımdır. Belə vəziyyət çox davam etməsə də (üç dəqiqəyə yaxın), bu xəstəliyin erkən əlaməti olur. Revmatoid artrit adətən bu simptomlarla müşayiət olunur: oynaqlarda səhər 1 saatdan az davam edən buxovlanma; simmetrik zədələnmə; dirsək nahiyəsində qalınlaşma; oynaqlarda böyümə, ağrı; iştahasızlıq; yuxusuzluq.
Təqdim etdiyimiz bu videoda revmatoid artritdən əziyyət çəkən qız uşağının müalicədən əvvəl və sonrakı halı əks olunub. Yuvenil revmatoid artrit, hormondan asılı vəziyyət, qonartroz, koksartroz, ayaq və əl darağı falanqa arası oynaqların deformasiyası, dirsək və bud-çanaq oynaqlarının kontrakturası diaqnozu ilə Bioloji Təbabət Klinikasına üz tutan 2003-cü il təvəllüdlü S.Abdullayeva müalicələrdən sonra sağlamlığına qovuşub.
Hazırda adı çəlikən klinikada bu xəstəlik müalicə olunaraq, tamamilə aradan qaldırılır. Odur ki, gecikmədən sağlamlığımızın arxasınca gedək.
Uşaqlarda yuvenil revmatoid artrit şübhəsiz ki, çox ağır xəstəlikdir, lakin valideynlər məyus olmamalı, həkimin bütün göstərişlərini səbr və diqqətlə yerinə yetirməli və övladlarına sağalmaq üçün ümid verməlidirlər.