Yuxarı

Ölkədə nə qədər uşaq icbari tibbi müayinədən keçib?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə nə qədər uşaq icbari tibbi müayinədən keçib?

İndiyədək Azərbaycanda 2 milyondan çox uşaq icbari tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ilin sonunadək icbari tibbi müayinələrə ölkənin bütün azyaşlıları cəlb olunacaq. Bu barədə oktyabrın 14-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyası ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib.

İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin sözlərinə görə, müayinə olunanlar arasında ən çox tənəffüs üzvləri xəstəlikləri müşahidə olunub. Bundan başqa, tibbi müayinədən keçirilən uşaqlar arasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə də rast gəlinir.

Tədbirdə "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən də söhbət açılıb. Qeyd edilib ki, 2012-ci ilin sonlarında "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qüvvəyə minib. Diqqətə çatdırılıb ki, Azərbaycan qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir. Ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən mükəmməlidir. Ölkə əhalisinin üçdə birini əhatə edən bu qanunda 18 yaşına kimi bütün uşaqların icbari müayinədən keçirilməsi nəzərdə tutulur. Qanuna əsasən, uşaq anadan olandan iki yaşa kimi ay ərzində 3 dəfə, iki yaşından sonra 6 aydan bir, üç yaşdan 18 yaşa kimi isə ildə 1 dəfə icbari şəkildə müayinədən keçməlidir. Qanun həm tibb işçilərinə, həm də valideynlərə aiddir. Ona görə ki, qanuna görə, valideyn uşağın peyvənd olunmasından imtina edirsə, onda bu barədə yazılı müraciət etməlidir.

Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb.

Tarix
2014.10.16 / 02:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

Fuad Qəhrəmanlının pul almasının görüntüləri... - Video

Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir...

Gültəkin Hacıbəyli Bakıda: niyə həbs olunmadı?

Bu şəxslər də “Mehdiyev işi”ndədir – Siyahı

Milli Şura onların maddi yardımı ilə fəaliyyət göstərib - DTX

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla