Yuxarı

Burun əməliyyatının fəsadları: həkimdən xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar gənc qızların burun əməliyyatı rinoplastikaya meyilli olması estetik cərrahların sayını durmadan artırır.

Bu sözləri Axar.az-a açıqlamasında “Elmed” klinikasının lor həkimi Natavan Əliyeva deyib. O, estetik əməliyyatdan sonra müraciət edən xəstələrin üzləşdiyi problemlərdən danışıb:

“Burun ən vacib tənəffüs orqanı olduğundan əməliyyatdan sonra baş verəcək fəsadlarla da sonradan lor həkimlər məşğul olurlar. Burunda estetik əməliyyatlar, burun kiçiltmə indi dəb halını alıb. Bu əməliyyatlar təəssüf ki, maddiyyat və daha çox xəstə cəlb etmək məqsədilə olunur.

Burun təkcə üzdə olan, gözəllik simvolu da deyil, insanı oksigenlə təmin edən vacib tənəffüs orqanıdır. Burun işləməyəndə, tutulanda ağızla nəfəs alınır. Amma ağızla alınan hava effektiv deyil. O havanın çoxu mədə-bağırsağa gedir. Bu da reflü, köp, bağırsaqlarda narahatlıq yaradır, ağciyərlərə də hava yaxşı getmədiyindən qanda oksigen azalır. Burdan da ağrılar, halsızlıq başlayır”.

Həkimin sözlərinə görə, hər burunu əməliyyat etmək olmaz:

“Əksər qızlar elə düşünür ki, burnunu kəsən kimi həyatı dəyişəcək, ailə quracaq, daha çox seviləcək. Amma əməliyyatdan sonra görürlər ki, bunlar baş vermir. Yanaşmalar səhvdir. Əksəriyyət estetik əməliyyatdan sonra lor xəstəsinə çevrilir və ömürlük müalicəyə məhkum olur.

Əməliyyatdan sonra qoxu itmə, əyilmələr, dəliklərin tıxanması, tənəffüs pozulmaları, rinit baş verir. Burunda quruluq, ifrazat dayanmır, deformasiyalar, spaykalarla yanımıza gəlirlər.

Bu halda biz diaqnoz qoyuruq, əgər cərrah səhvi varsa, yenidən cərraha yönəldirik. Cərrahlar da təbii ki, ya xəstəni yola verir və ya ikinci, hətta üçüncü dəfə əməliyyat məsləhət görür. Digər problemlərdə, allergik rinitdə uzun müddət dərman spreylərdən istifadə edirlər.

Burun tutulmaları çox olduqca sinusitlər baş verəcək. Bir adamın burnu 3-5 gün tutuldusa, haymorit, sinusit baş verir.

Əslində, estetik əməliyyatı lor cərrah etməlidir ki, burun anatomiyası, fiziologiyası pozulmasın”.

Tarix
2018.11.06 / 16:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla