Yuxarı

"Elmed" ölümdə təqsirləndirilən cərrahı işdən qovdu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Elmed" ölümdə təqsirləndirilən cərrahı işdən qovdu

10:05

“Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov Trend-ə açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib:

"Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik".

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu bu il oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev saat 13 radələrində əməliyyatdan çıxıb və həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. M.Neciyev Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılıb.

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Tarix
2018.12.03 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla