Yuxarı

Pelenin rekorduna yaxınlaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pelenin rekorduna yaxınlaşdı

Braziliya millisinin gənc hücumçusu Rayan Vitor dünya çempionatları tarixində əlamətdar göstəriciyə imza atıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında Yaponiya ilə oyuna start heyətində çıxmaqla Braziliya millisinin tarixində pley-off mərhələsində əsas heyətdə meydana başlayan üçüncü ən gənc futbolçu olub.

"Mr. Sheep" statistika səhifəsinin məlumatına görə, Rayan Vitor bu uğura 19 yaş 330 günlüyündə nail olub. Siyahıya 1958-ci ildə Uelslə matçda 17 yaş 241 günlüyündə meydana çıxan Pele başçılıq edir. İkinci pillədə isə 1970-ci ildə Peru ilə oyunda 19 yaş 128 günlüyündə forma geyinən Marko Antonio qərarlaşıb. Rayan Vitor 1958-ci ildə Uelsə qarşı eyni yaşda meydana çıxan Mazola ilə üçüncü yeri bölüşür.

Qeyd edək ki, gənc hücumçu Yaponiya ilə qarşılaşmada zədəli Rafinyanı əvəz edərək turnirdə ikinci dəfə start heyətində yer alıb.

Tarix
2026.06.30 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla