Yuxarı

Bakıda mühüm forum: Qan donorluğu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mühüm forum: Qan donorluğu

21-25 avqust tarixlərində ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçiriləcək.

Axar.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən ictimaiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir.

2018-ci ildə Portuqaliyanın Aviora şəhərində təşkil olunan XVIII Beynəlxalq Gənclər Forumunda iştirak edən Azərbaycan forumun ölkəmizdə keçirilməsinə nail olub.

Qeyd edək ki, qan donorluğunu əhatə edən Beynəlxalq Gənclər Forumunda 6 ildir ölkəmizi Qan Donorları Assosiasiyası təmsil edir.

XIX Beynəlxalq Gənclər Forumu Qan Donorları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası eyni zamanda Beynəlxalq Gənclər Komitəsinin dəstəyi ilə keçirilir.

Tarix
2019.08.07 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla