Yuxarı

Ardıc yarpaqlarının mühüm faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ardıc yarpaqlarının mühüm faydaları

Ardıc meşəsi salınması ekoloji durumu yaxşılaşdırmaq üçün ən yaxşı vasitə hesab olunur. Dünya florasında onun 70-ə qədər növü yayılıb. Onların əksəriyyəti şimal yarımkürəsinin mülayim zonalarında, həmçinin Mərkəzi Amerikanın tropik dağlıq ərazilərində, Hindistan və Şərqi Afrikadadır.

Axar.az xəbər verir ki, ölkəmizdə əsasən Boz dağın ətəklərində, Naxçıvan və Lerik meşələrində bitən ardıc ağacına dağ sərvi də deyirlər. Giləmeyvəsi adətən ikinci ildə yetişir və şirəli olur. Yaşıl rəngli meyvələri yetişəndə qaramtıl-göy rəngə çevrilir. Toxumları yumru, uzunsov və qonurumtul rəngdədir.

XII əsrdə yaşamış Məhəmməd Möminin 1669-cu ildə yazdığı “Töhfətül-möminin” əsərində qeyd edirdi ki, ardıc həlimi sidikqovucu təsirə malikdir, bəzi bağırsaq qurdlarına öldürücü təsir edir. Ardıc yarpaqlarından ovxalanaraq hazırlanılmış islatma xora, bədən keyiməsi və uyuşma zamanı xeyirlidir. Ovxalanmış meyvələrinin sirkə ilə məlhəmi saç tökülməsi zamanı faydalı təsir göstərir. Meyvələri və əncirdən hazırlanmış məlhəm bədənin donması zamanı tətbiq olunur. Ardıcın mədəyə ziyan verməməsi üçün onu balla qarışdırmaq lazımdır.

Ardıc müasir tibdə də istifadə olunan əsas bitkilərdən biridir. Müalicə məqsədilə onun ancaq meyvələrindən istifadə olunur, “Vişnevski” məlhəminin tərkibinə daxildir. Qurudulmuş meyvələrinin çay kimi dəmləməsindən, eləcə də spirtli duru ekstratından həzm prosesini yaxşılaşdıran, tərlədici və iştahagətirici vasitə kimi istifadə edilir. Ardıc yarpaqlarından alınan efir yağının spirtli məhlulu revmatizm və nevrologiyada ağrıkəsici sürtmə dərmanı kimi istifadə edilir.

Tarix
2019.09.29 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla