Yuxarı

Daha 2 tələbə zəhərləndi - BDU-dan açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 2 tələbə zəhərləndi - BDU-dan açıqlama

11:32

Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsi zəhərlənərək xəstəxanaya çatıdırılıb.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, BDU-nun yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub. Universitetin Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

***

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova BDU-nun yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini açıqlayıb:

“Hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib. Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır”.

Tarix
2019.12.03 / 12:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla