Yuxarı

Daha bir körpə ölümü - Biləsuvarda

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir körpə ölümü - Biləsuvarda

Biləsuvar rayonunda uşaq ölümü faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib.

Doğum Şöbəsindən verilən məlumata görə, doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində hər hansı problem yaranmayıb.

Səmayə Nuruyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkarlığı ucbatından ölü doğulduğunu iddia edir. Qadın özü isə bətnindəki 9 aylıq uşağın ölü olduğunu hiss etmədiyini, bunun onun səhhətində hər hansı problem yaratmadığını bildirib.

Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətnində bir neçə gün əvvəl öldüyünü deyiblər. Onlar bunu döldə müxtəlif patologiyaların olması ilə izah ediblər.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir.

Tarix
2015.02.21 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla