Yuxarı

Koronadan ölənlərdən virus keçə bilərmi? - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölən şəxslərin dəfnlərinin adi qaydada keçirilə bilməsinin mümkün olduğunu hələ bir müddət əvvəl açıqlayıb. ÜST mütəxəssisləri bəyan ediblər ki, bu virusdan dünyasını dəyişənlər öz dinlərinin tələblərinə uyğun olaraq dəfn edilə bilərlər.

Lakin son zamanlar bəzi insanlar tərəfindən COVİD-19 virusundan ölən şəxslərdən sağlam insanlara virusun ötürülə bilməsi ilə bağlı müəyyən narahatlıqlar da ifadə olunur.

Axar.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Allahverdiyev Trend-ə açıqlamasında COVİD-19 daxil olmaqla, bütün virusların hüceyrə daxili molekulyar parazitlər olduğunu bildirib.

"Onların yaşamaq, çoxalmaq üçün mütləq qaydada canlı hüceyrəyə ehtiyacları var. Bu hüceyrələr nə qədər yaşayırlarsa, viruslar da o qədər yaşaya bilir. Əgər hüceyrənin metabolizmi pozularsa, yaşama şəraiti dəyişərsə, o zaman virusların da ömrü hüceyrə ilə bərabər sona çatmış olur, yəni bu halda onlar çoxala bilmirlər. Bir insan öldükdə isə onun vücudundakı hüceyrələrdə də viruslar olur və onlar müəyyən zaman ərzində orada yaşayırlar. Amma ölən şəxsdə qan dövranı işləmədiyi, tənəffüs sistemi çalışmadığı üçün artıq hüceyrələrin yaşama şəraitləri, metobalizmləri yavaş-yavaş pozulur. Bunlar nəticə etibarəilə də virusların ölümünə yol açmış olur. Ona görə də bir insan öldükdən sonra onların virusu yayma ehtimalı demək olar ki, yox olur. Virusdan ölənlərin dəfni də digər şəxslər üçün olduğu kimi aparıla bilir. Gələcəkdə torpaq vasitəsilə virusa yoluxma ehtimalı demək olar ki, yoxdur. Ancaq ölən şəxsin yuyulması, kəfənlənməsi, dəfni zamanı şəxsin əli meyitdən ifraz olunan mayeyə toxunarsa, o zaman bu, həmin şəxsin virusa yoluxmasına səbəb ola bilər. Bu səbəbdən bu işləri görən şəxslərin əllərində mütləq qaydada əlcək, üzlərində maska olmalıdır. Ümumilikdə isə bunu demək olar ki, COVİD-19 virusu insanlara ölülərdən deyil, bu virusa yoluxan xəstə insanlar tərəfindən yayılır. Ona görə də diqqət etmək lazımdır ki, dəfn mərasimləri az sayda insanların iştirakı və ara məsafəsi saxlanılmaqla təşkil edilsin".

Tarix
2020.07.29 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla