Yuxarı

Lənkəranda uşağı ölən ata həkimi döydü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda uşağı ölən ata həkimi döydü

Lənkəranda qeysəriyyə əməliyyatı zamanı usagı ölən ata doğum şöbəsinin müdirini döyüb.

Lənkəran şəhər baş polis idarəsindən verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub.

Həmçinin həmin tarixdə həmin xəstəxanın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, əməliyyat edən həkim, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfındən döyülüb.

İlkin məlumata əsasən rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib.

Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayonu sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstənxaya müraciət edib. Və həmin doğum şöbəsinin müdirü Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanm bətnində olan döl ölü doğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (AzVision.az).

Tarix
2013.12.25 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevadan Zəngilandan möhtəşəm paylaşım - Video

Bütün dünyanın gözü bu gün Mehridədir... - Nikol

Prezident və xanımı Cəbrayılda - Video

Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi...

O, bütün zamanların ölməz Lideri olaraq yaşayacaq

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla