Yuxarı

Karantin mütləq sərtləşdirilməlidir - İnfeksionist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin mütləq sərtləşdirilməlidir - İnfeksionist

Yoluxma sayının kəskin artması səbəbindən elə bu gündən sərt karantin tətbiq edilməlidir.

Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, karantinin sərtləşdirilməsi həm səhiyyə sisteminin yüngülləşdirilməsinə, həm də yoluxmanın azalmasına səbəb ola bilər:

“Hesab edirəm ki, karantinin sərtləşdirilməsinə hələ iki həftə əvvəl gedilməli idi. Nə qədər sərtləşmə olarsa, yoluxma da bir o qədər azalar. İlkin mərhələdə 2-3 həftəlik sərt karantin tətbiq edilməlidir. Ondan sonrakı mərhələdə göstəricilərə baxmaq lazımdır. Əgər şərtləşmə yoluxmanın azalmasına səbəb olarsa, bu tədbirlər davam etdirilməlidir.

Yoluxma sayının azalması həm də səhiyyənin yükünü azaldar. Nəzərə alaq ki, hava soyuduqca virus infeksiyaları daha aktiv fəaliyyətə keçir. Ona görə son günlər müşahidə edilən yoluxma sayı sərt karantini qaçılmaz edir”.

İnfeksionist onu da bildirib ki, əvvəlki praktikada sərt karantinin müsbət nəticəsi özünü göstərib:

“Mart-aprel ayında da yoluxma çox olduğu üçün sərt karantin tətbiq edildi və may ayında bunun müsbət nəticəsi oldu. Lakin sonradan yumşaldılma olduqca yoluxma sayı yenidən artdı. Görünür, sərtləşmə tədbirləri müsbət effekt verir. Buna görə indi də bu tədbirlər görülməlidir”.

Tarix
2020.12.03 / 15:05
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla