Yuxarı

Mədəaltı vəzin sağlam qalması üçün nə edək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orqanizmin normal fəaliyyəti üçün ona zülallar, karbohidratlar, yağlar və bir çox digər maddələr lazımdır.

Bu barədə Axar.az-a Terapevt-Hepatoloq Könül Mahmudova məlumat verib.

K.Mahmudova bu maddələrin insan orqanizminə mürəkkəb formalarda daxil olduğunu söyləyib:

"Orqanizm onları daha sadə maddələrə parçalayır ki, bu maddələr bizi həyat üçün lazım olan enerji ilə təmin edir və orqanizmin hüceyrələri üçün "tikinti materiallar" funksiyasını yerinə yetirir. Bütün bu proses həzm, endokrin, sinir və qan sistemlərinin birgə fəaliyyəti nəticəsində baş verir".

Həkimin sözlərinə görə, mədəaltı vəzi həzm proseslərində əsas rollardan birini oynayır. Məhz mədəaltı vəzi zülallar, yağlar və karbohidratların parçalanması üçün lazım olan maddələri - fermentləri sintez edir. Bu fermentlər 12 barmaq bağırsağa düşür. Digər tərəfdən mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləyir. Bu mədəaltı vəzi ifraz edən 2 hormonun köməyi ilə (insulin və qlükaqon) baş verir. Beləliklə, mədəaltı vəzi orqanizmdə çox vacib funksiyaları yerinə yetirir və bu orqanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.

Həkim mədəaltı vəzini sağlam saxlamaq üçün aşağıdakı sadə qaydalara əməl etmək lazım olduğunu bildirib:

  • Bir çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzi üçün zəhərlidir. Bu maddələr qidanın kimyəvi tərkibini dəyişir və fermentlərin hazırlanması prosesini pozur. Mədəaltı vəzini sağlam saxlamaq istəyən insan tərkibində bu maddələr olan qidaları qəbul etməməlidir.

  • Qidalanmalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzi üçün çox ziyanlıdır. Əgər insan, misal üçün, səhər yeməyi qəbul etmir, günorta az, axşam isə çoxlu miqdarda qida qəbul edirsə, bu mədəaltı vəzinin sağlamlığına olduqca çox mənfi təsir edir.

Buna görə də, gün ərzində 5 dəfə kiçik miqdarlarda qida qəbul etmək lazımdır. Bu zaman mədəaltı vəzi həddindən artıq yüklənməyəcək.

Tarix
2015.07.17 / 08:45
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla