Yuxarı

Rusiyaya qarşı yeni "Antanta" yaranır: İki saziş imzalandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya qarşı yeni "Antanta" yaranır: İki saziş imzalandı

Avropada yeni bir hərbi alyans formalaşır ki, bu, NATO-ya alternativ olmasa da, heç olmasa onu tamamlayan bir qurum kimi çıxış edə bilər. Bu, Rusiyadan gələn təhlükənin artması fonunda baş verir.

Axar.az xəbər verir ki, bu barədə “Defense Express” hərbi-analitik portalı yazıb.

Analitiklər bunu yeni “Antanta” birliyi də adlandırırlar. Baxmayaraq ki, yeni alyansın bütün üzvləri artıq NATO çətiri altındadır.

Bildirilir ki, son bir həftə ərzində Böyük Britaniya Avropanın iki əsas dövləti – Almaniya və Fransa ilə ardıcıl olaraq iki müdafiə sazişi imzalayıb. Beləliklə, Londonda mərkəzləşmiş üçtərəfli hərbi blok yaranıb.

Analitiklərin sözlərinə görə, Britaniya ilə Almaniya arasında imzalanmış sazişdə tərəflərin silahlı hücum halında bir-birinə, o cümlədən hərbi vasitələrlə yardım etməyə və qarşılıqlı müdafiəyə sadiq olduqları vurğulanır. Britaniya-Fransa sazişi üzrə bəyannamədə isə bildirilir ki, hər iki ölkənin nüvə qüvvələri müstəqil olsa da, koordinasiya oluna bilər və Avropa üçün elə bir fövqəladə təhlükə yoxdur ki, hər iki ölkənin cavab tədbirlərini şərtləndirməsin.

Nəşr qeyd edir ki, imzalanmış sənədlərin mahiyyəti NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsinin təkrar olunmasıdır:

"Əlbəttə, Böyük Britaniya faktiki olaraq özünün mərkəzində dayandığı əlavə üçtərəfli müdafiə razılaşması yaradır. Halbuki bu üç ölkə NATO çərçivəsində oxşar öhdəliklərlə onsuz da bir-birinə bağlıdır. Qarşılıqlı müdafiə öhdəliklərinin bir daha sənədlərlə təsdiqlənməsi ehtiyacı isə ən azından, mürəkkəbin yenilənməsinə olan ehtiyacı göstərir".

Tarix
2025.07.19 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla