Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Sağlıq |
|
Ermənistan Gürcüstandan ət və ət məhsullarının idxalına qadağa qoyub.
Axar.az xəbər verir ki, buna səbəb Armavir vilayətində iki nəfərdə "Sibir xorası" xəstəliyinin qeydə alınmasıdlr.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu günədək ölkədə heyvanlar arasında "Sibir xorası" xəstəliyi qeydə alınmayıb. Həmin şəxslər bu xəstəliyə məhz Gürcüstandan gətirilən ət məhsullarından yoluxublar.
Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrində xüsusi nəzarət qaydalarının tətbiqinə başlanılıb.
Gürcüstandan ət məhsullarının idxalına qadağanın avqustun 19-dək davam edəcəyi bildirilir. Müddətin uzadılacağı istisna edilmir.
|
Tarix
2015.08.08 / 13:20
|
Müəllif
Emil Salamoğlu
|