Yuxarı

Orucun beyinə faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orucun beyinə faydaları

İngiltərədə aparılan araşdırmalar nəticəsində orucun yeni yaranan beyin hüceyrələrinin böyüməsini təmin etdiyi və beyni gücləndirdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli qidalanma və diyet mütəxəssisi Melisa Karataş məlumat verib.

O bildirib ki, oruc tutarkən qanımızda qrelin (aclıq) hormonu artır:

“Qrelin hormonu beynin öyrənmə və yaddaşla əlaqəli hissəsi olan hipokampusla qarşılıqlı əlaqədə olur və onu yaxşılaşdırır. Bu hormon beyin-qan baryerini keçə bilən nadir hormonlardan biridir. Oruc tutmaq uzun müddət ac qalmağı tələb etdiyi üçün bu hormon oruc tutanların qanında çox olur. İnsan bədənində beyin hüceyrələri bir neçə həftəyə əmələ gəlir. Qrelin hormonunun təsirlərinin aydın görünməsi üçün həftələrlə oruc tutmaq lazımdır.

Oruc zamanı beyin normal halda istifadə etdiyi enerji mənbəyi olan qlükoza yerinə yağları parçalayaraq enerji olaraq ketonlardan istifadə edir. Ketonlar həmçinin beyin üçün səmərəli enerji mənbələridir. Bunlar daha çox enerji yaratmaq üçün enerji istehsal mərkəzləri olan mitoxondrilərin sayını artırır. Mitoxondrilərin çoxalması orqanizmin cavanlaşması deməkdir.

Oruc tutmaq orqanizmdə sinir hüceyrələrinin yenilənməsini və bərpasını təmin edən BDNF zülalını artırır. Bu sizi xroniki nevroloji xəstəliklərdən qoruyur, həm də yaddaşınızı gücləndirir”.

Tarix
2022.04.22 / 00:28
Müəllif
Türkan Camal
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla