Yuxarı

Radev: Bu, Bakıdan ilk dəfə qaz almağa imkan verəcək!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Radev: Bu, Bakıdan ilk dəfə qaz almağa imkan verəcək!

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək.

Axar.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sabah - oktyabrın 1-də rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd ediləcək:

“Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcək. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik. Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk”.

Tarix
2022.09.30 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla