Yuxarı

Psixoloji müayinə nə vaxtdan başlamalıdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Psixoloji müayinə nə vaxtdan başlamalıdır?

Uşaqlarda psixoloji müayinə 18-ci aydan başlayır. Yaxşı olardı ki, bu, təkcə psixoloji mərkəzlərdə deyil, poliklinikalarda da olsun.

Bu sözləri "Narınc" uşaq psixologiya mərkəzinin rəhbəri Narınc Rüstəmova uşaqlarda psixoloji yardımın nə vaxtdan başlaması haqqında Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə uşaqlar nevropatoloqla yanaşı, psixoloq müayinəsindən də keçməlidir:

"Uşaqlar nevropatoloqun müayinəsindən keçməklə yanaşı, gərək psixoloqların da müayinəsindən keçsinlər. Çünki nevropatoloqlar uşaqları fizioloji tərəfdən dəyərləndirir, psixoloq isə uşaqda olan problemləri həm nevroloji, həm də psixi yöndən müayinə edir. Psixoloqlarda uşaqların inkişaf proqramları var. Ehtiyac olarsa, reabilitasiya mərkəzinə yönləndirilir. Uşaqlarla müayinə minimum 25 dəqiqə, maksimum 45 dəqiqə olur. Psixoloq bu vaxt ərzində uşağın problemlərini, evdəki münasibətini araşdırır, həkimin görmədiyi tərəfləri görə bilir".

Psixoloq erkən yaşda bağçaya yönləndirilən uşaqların ünsiyyətində problem yarandığını da deyib:

"Həkimlər uşaqları bağçaya yönləndirir. Ancaq bu, düzgün çıxış yolu deyil. Çünki yaş yarımlıq uşağı bağçaya yönləndirsən, öz yaşıdlarına maraq göstərməyəcək və ünsiyyətə girməyəcək. Nəticədə isə uşaq ünsiyyətdən travma alacaq. 18 aylıq uşaqla 3 yaşlı uşağın yuxu rejimi eyni ola bilməz. Ona görə də bağçaya yönləndirilən 18 aylıq uşaqda yuxu pozğunluğu əmələ gəlir. Yaxşı olardı ki, uşaqları həkimlərə göstərəndən sonra bağçaya yox, psixoloqlara yönləndirilsin. Valideyn yalnız problem yarananda deyil, mütəmadi olaraq psixoloqa müraciət etsin. Biri var, pozulmuş bir şeyi düzəltmək, biri də var - pozulmadan öncə problemin qarşısını almaq. Bu ailəyə həm maddi, həm də mənəvi daha az ziyan vurur. Əslində, psixoloqa yalnız uşaq vaxtı deyil, hər yaşda ehtiyac duyulur. Bütün problemlərdə erkən diaqnoz çox vacibdir. Məktəbə gedəndə də, universitetə hazırlaşanda da, ailə qurmağa hazırlaşanda da, hamiləlik dönəmində də yaxşı olardı ki, psixoloqlarla məsləhətləşilsin. Düşünürəm ki, hər bir sahədə psixoloqun işi əvəzolunmazdır".

Tarix
2015.11.18 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla