Yuxarı

Arıqlamaq üçün bu yağı içməyin, təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıqlamaq üçün bu yağı içməyin, təhlükəlidir

Sosial mediada sürətlə yayılan yeni trend təhlükə saçır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, izləyici sayı çox olan bəzi sağlamlıq səhifələri gənəgərçək yağı içərək arıqlamağın mümkün olduğu, hətta bu yağın xərçəngi müalicə etdiyi ilə bağlı məlumatlar yayıblar. Ancaq mütəxəssislər bunun çox təhlükəli üsul olduğunu, gənəgərçək yağı içənlərin müxtəlif sağlamlıq problemləri yaşayacaqları ilə bağlı xəbərdarlıq edirlər.

Ekspertlər qeyd edirlər ki, saç qulluğunda uzun müddətdir istifadə edilən gənəgərçək yağının daxilə qəbulu yolverilməzdir.

Gənəgərçək yağı içənlərin üzləşdiyi ən yüngül simptomlar şiddətli qarın ağrısı və ishaldır. Qəbul edildikdən sonra gənəgərçək yağı prostaglandin reseptorlarını aktivləşdirir, məzmunu tam həzm etməyə və bərk nəcis əmələ gətirməyə vaxt vermədən nazik bağırsaqda daralmalara səbəb olur.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, gənəgərçək yağı bağırsaqda mayenin udulmasına mane olur və bağırsaq hərəkətlərini sürətləndirir. Bu vəziyyət orqanizmin qidalanmasına mane olaraq bədəndə susuzluğa və elektrolit balansının pozulmasına gətirib çıxarır.

Bu yağı içməyin uzunmüddətli istifadəsi zamanı əks təsirlər daha dəhşətli ola bilər. Ona görə də onu içməkdən çəkinmək lazımdır.

Həkimlər vurğulayırlar ki, gənəgərçək yağının arıqlatdığı və ya xərçəng kimi ciddi xəstəliklərə təsir etdiyinə dair heç bir elmi sübut yoxdur.

Tarix
2024.06.06 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla