Yuxarı

Çaytikanı yağı ilə babasilin müalicəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babasil həm kişilər, həm də qadınlarda çox yayılmış pozulmadır.

Axar.az "Saglamolun.az"a istinadla xəbər verir ki, xalq təbabətində babasilin müalicəsi üçün çoxlu sayda müxtəlif vasitələr istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.

Bu vasitələrdən biri çaytikanı yağıdır.

Çaytikanı yağı güclü yarasağaldan, iltihabəleyhinə, antiseptik, yumşaldıcı təsirə malikdir. Çaytikanı yağı C vitamini ilə zəngindir ki, bu vitamin damarları möhkəmləndirir və anal qanaxmaların qarşısını alır. Həmçinin çaytikanı yağı babasil zamanı ağrıları və digər xoşagəlməz hissləri azaldır.

Çaytikanı yağı anal çatları zamanı da çox yaxşı müalicəvi təsir göstərir.

Xarici babasil zamanı çaytikanı yağında steril pambıq diski isladın və babasil düyünlərinin üzərinə qoyun. Bunu gündə 3-4 dəfə və yatmazdan əvvəl etmək lazımdır. Daxili babasil zamanı xüsusi çaytikanı yağı şamları istifadə olunur.

Xarici istifadədən əlavə çaytikanı yağının daxilə istifadəsi də yaxşı kömək edir. Səhər acqarına 1 çay qaşığı çaytikanı yağı içilir.

Həmçinin çaytikanı yağının istifadəsi babasil zamanı inkişaf edən qəbizlikdən də azad olunmağa kömək edir.
Təbii ki, çaytikanı yağı babasilin yalnız ilkin mərhələlərində istifadə oluna bilər.

Tarix
2016.05.16 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - Şok iddia

Sülh üçün sonuncu maneə...

Əliyev Qərbin təzyiq sistemini çökdürdü

Əliyev BƏƏ prezidentini Azərbaycana dəvət etdi

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpasıdır! – Vəliyev

İlham Əliyev Şahbaz Şərifə zəng etdi

Zelenski İlham Əliyevi təbrik etdi

Tokayev İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla